"Dünyada elektrik və hibrid avtomobillərə olan tələbatın günü-gündən artması, eyni zamanda, sözügedən avtomobillər üçün servis xidmətlərinin də təşkilini vacib edir. Elektrik və hibrid avtomobilləri yeni anlayış olduğu üçün, bu mənada, həmin avtomobillər üçün servis xidməti təşkil etmək də çətin və məsuliyyətlidir.
VOLT AVTO olaraq, Azərbaycanda elektrik və hibrid avtomobillərini müştərilərimiz üçün əlçatan etdiyimiz kimi, həmçinin onlara yüksək keyfiyyətli və səmərəli servis xidmətini də təklif edirik.
Əlbəttə, müştərilərin daima avtomobil servis xidmətləri məsələsində seçici olmasını bu işin içində olan biri kimi həmişə hiss etmişik.
Bu baxımdan, bizim servisdə ən son texnologiyalara əsaslanan avadanlıqlar, xarici ölkələrdə beynəlxalq sertifikatlı mərkəzlərdə təcrübə keçmiş ustalar peşəkar xidmətimizin bir parçasıdır. Azərbaycanda elektrik və hibrid avtomobillərin yeni və sürətli axınını nəzərə alaraq, sizləri bu tendensiyadan geri qalmamağa və eyni zamanda, servisimizdə təklif edilən yüksək keyfiyyətli xidmətdən yararlanmağa dəvət edirik. Bizim məqsədimiz arzuları əlçatan etməklə yanaşı, müştəri məmnuniyyəti də qazanmaqdır. Gəlin arzularımıza birlikdə toxunaq!"